Zahid Oruc: Ordumuz Qarabağın yarısına nəzarət edir…backend

Zahid Oruc: Ordumuz Qarabağın yarısına nəzarət edir…

Dünən Ali Baş Komandan İlham Əliyev tərəfindən bəyan edilən 21 kənd və bir qəsəbənin azad olunması xəbəri, Müzəffər Ordumuzun bütün döyüş xətti boyu əldə etdiyi nailiyyətlər, o cümlədən uğurlu Zəngilan əməliyyatı 26 gündür davam edən “sülhə məcbur etmə” adlı müharibənin qələbə ilə başa çatmasında misilsiz rol oynayacaqdır.

Rəşadətli əskər və zabitlərimizin fədakarlığı sayəsində cənub cinahında qoşunlarımızın Ermənistanla sərhəddə qədər irəlilədiyini görmək olar və bu istər strateji, istər taktiki baxımdan savaşın müqəddaratını həll edəcəkdir. İranla sərhəddə tam nəzarətin təmin olunması silahlı əməliyyatların coğrafiyasını qonşu ərazilərə keçirmək isətəyən düşmənin planlarını məhv edir. 70 km-dən artıq sərhəd zolağının tam nəzarət altına qayıtması, çoxəsrlik keçmişimizin, o cümlədən Gülüstan və Türkmənçaya aparan 2 yüz il əvvəlki hadisələrin axarını dəyişir, tarixi Araz çayının sahillərinə toparlanıb milli ordumuzun qəhrəmanlığını alqışlayan sıravi İran vətəndaşlarının təhlükəsizliyini, eləcə də rəsmi Tehran hakimiyyətinin ölkəmizlə dostluq münasibətlərinə və tərəfdaşlığına sadiq qalması üçün böyük əhəmiyyət kəsb edir.

Naxçıvanla ən yaxın quru sərhəddinin, o cümədən tarixi Zəngəzurla qonşuluğun və Nüvədi-Meğri dəhlizinin ön dağlıq hissələrinə gətirib düzülən Rusiya bayraqları Zəngilanın ən ucqar nöqtəsi olan Ağbənd kəndinin strateji qovşaq olduğuna təminat verir və bununla da indiyədək azad olunan 121 kənd, qəsəbə və 4 rayon mərkəzinin, eləcə də qazanılan strateji yüksəkliklərin yaxın hərbi əməliyyat şəraitinə diqtə etməyə şərait yaratması Qarabağın və işğal olunmuş torpaqların yarısına Şanlı Ordumuzun nəzarət etməsinin sübutudur və dünya hərb tarixinin istər klassik, istərsə də müasir dövrünün ən parlaq səhifələridir. Birinci və ikinci müdafiə xətlərinin darmadağın edildiyi və arxa cəbhədə qısa müddətə dayanıqlı istehkamların qura bilinməzliyi Ermənistanın hərbi kapituliyasiyasını qaçılmaz edir

Dünən İrəvan rəhbərliyinin xalqa dördüncü dəfə səfərbərlik çağırışı ilə müraciət etməsi nizami 40 minlik ordusunun döyüş meydanlarında məğlub olmasının məsuliyyətini vətəndaşlarla bölüşməyə çalışmasını göstərir və kənd icra orqanlarının marzaları, bələdiyyə rəhbərləri, uğursuz sorosçu şəhər merləri isti kabinetlərini göydən tökülən kamikadze dronlarının yağışı altına və soyuq səngərə dəyişəsi deyillər. Dünən Ermənistanda sabiq prezidentlərin görüşü dövlət idarəçiliyi böhranının pik nöqtəyə, prezident Armen Sarkisyanınsa KTMT-yə deyil, NATO rəhbərliyi ilə görüşə gedərək ümidsiz qayıtması xarici siyasət kursunun iflası deməkdir.220 illik savaşı prezident İlham Əliyevə uduzan və bununla da 10 milyonluq dünya erməniçliyinin tarixi ideallarını qoruya bilməyən Paşinyanı rumın lideri Çauşeskunun taleyi gözləyir.

  •  (0)
  •  (0)