Zahid Oruc:”Müharibədə məğlub olan Paşinyanı istefaya çağıran sabiq nazir”..backend

Zahid Oruc:”Müharibədə məğlub olan Paşinyanı istefaya çağıran sabiq nazir”..

Azərbaycan Ordusunun müzəffər zəfərinin əks-sədası İrəvanda onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti daha da pisləşdirib.Hakimiyyət vahid milli cəbhə mənzərəsini yaratmağa çalışsa da reallıq tam fərqlidir.
Keçmiş Təhlükəsizlik naziri David Şahnazaryan bir-birinin ardınca əldən verilən hərbi mövqelərin və yaşayış məntəqələrinin ümumerməni cəmiyyətində doğurduğu şok fonunda Paşinyanı vəzifəsindən getməyə çağırıb.
Sabiq nazirin məxfi xidmət orqanlarını təmsil etməsi onun qarşıda gözlənilən böyük məğlubiyyətin qorxusu kimi də qiymətləndirilə bilər.

Armday saytının yazdığına görə nazir ittihamlarına görə dərhal rəsmi strukturlar tərəfindən sorğu-sual olunub.Onu dindirib hələ ki, sərbəst buraxıblar.

Şahnazaryanın mövqeyi sübut edir ki, hərbi əməliyyatlarla Ermənistanın tarixi arzularını birdəfəlik yox edəcəyindən Paşinyan əleydarlarının müharibənin sonunu gözləmədən üsyana qalxması yaxın vaxtların işidir.

Bəli, müharibə həmişə Birini sərkərdəyə çevirir, digərini Paşinyana..

  •  (1)
  •  (0)