Zahid Oruc iclas keçirəcəkbackend

Zahid Oruc iclas keçirəcək

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün – sentyabrın 17-də iclası keçiriləcək. 

Bu barədə Hokm.az-a Komitədən məlumat verilib.

Bildirilib ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları  ərzində gördüyü işlər barədə hesabatı dinləniləcək, 2020-ci ilin payız sessiyası üçün 20 bənddən ibarət iş planının layihəsi təqdim olunacaq.

Komitə üzvləri, habelə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini  (birinci oxunuş) müzakirə edəcəklər.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucdur.

  •  (0)
  •  (0)