Zabit Səmədovun idmançı karyerasını bitirəcəyi tarix bilindibackend

Zabit Səmədovun idmançı karyerasını bitirəcəyi tarix bilindi

Azərbaycan kikboksçusu Zabit Səmədovun idmançı karyerasını bitirəcəyi vaxt bilinib.

Oxu.Az-ın xəbərinə görə, bu, sentyabrın 10-da olacaq.

“Mauqli” ləqəbli Səmədov məhz həmin gün Milli Gimnastika Arenasında vida döyüşünü keçirəcək. Yaxın günlərdə arena bu döyüş gecəsinin biletlərini satışa çıxaracaq.

Qeyd edək ki, Zabit Səmədov 2020-ci il aprelin 11-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində britaniyalı kikboksçu “Çəkic” ləqəbli Ceyms Maksvini ilə döyüşüb karyerasını bitirməli idi. Lakin həmin vaxt ölkədə pandemiya elan olunduğundan, döyüş təxirə salınmışdı.

  •  (0)
  •  (0)