Zabil Paşayevə vəzifə verildibackend

Zabil Paşayevə vəzifə verildi

Tərtər Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı RİH başçısı əmr imzalayıb.

Əmrə əsasən, Paşayev Zabil Şahin oğlu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı təyin edilib. O, bu təyinata qədər həmin şöbənin baş məsləhətçi vəzifəsində çalışıb.

Qeyd: Zabil Paşayev Vətən müharibəsi dövründə bölgədə media nümayəndələrini koordinasiya edən şəxslərdən biri olub.

  •  (0)
  •  (0)