“Yuventus” – “Napoli” görüşündə 7 qol – VİDEObackend

“Yuventus” – “Napoli” görüşündə 7 qol – VİDEO

“Yuventus” futbol klubu əlavə olunan vaxtda “Napoli”nin qapısından həlledici topu keçirərək, İtaliya çempionatının ikinci turunun ev matçında 4:3 hesabı ilə qalib gəlib.

“Yuventus” 3:0 hesabı ilə öndə idi. Lakin qonaqlar hesabı bərabərləşdirə biliblər. Görüşün taleyini qonaqların müdafiəçisi Kalid Kulibalinin avtoqolu həll edib.

“Yuventus” iki görüşdən sonra 6 xal yığaraq turnir cədvəlində liderik edir. Doqquzuncu turun oyunları iki həftə sonra keçiriləcək.

Qollar Danilo (16), İquain (19), Ronaldo (62),  Manolas (66), Losano (68), Di Lorenso (81), Kulibali (90+2) tərəfindən vurulub. (oxu.az)

Hokm.az
  •  (0)
  •  (0)