“Yuventus” baş məşqçisi ilə yollarını ayırdıbackend

“Yuventus” baş məşqçisi ilə yollarını ayırdı

Massimiliano Alleqri növbəti mövsümdə İtaliyanın “Yuventus” komandasının baş məşqçisi olmayacaq.

52 yaşlı mütəxəssis klub prezidenti Andrea Anyelli ilə birgə mayın 18-də bununla bağlı birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Alleqri “Yuventus”a 2014-cü ildə baş məşqçi təyin olunub. O, ötən müddətdə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kubokunu və 2 dəfə Superkuboku əldə edib. Alleqri İtaliyada ardıcıl 4 mövsüm “qızı dubl” edən ilk baş məşqçidir. (report)

Hokm.az

  •  (0)
  •  (0)