Yunanıstan da UNEC-i tanıdıbackend

Yunanıstan da UNEC-i tanıdı

Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan UNEC dünya təhsil brendləri arasında mövqeyini gücləndirməkdə davam edir.

Belə ki, Türkiyə, Slovakiya, Macarıstan, Xorvatiya, Polşa, Latviya, Litva, Estoniya, Rusiya, Ukrayna və Gürcüstandan sonra Yunanıstan da UNEC brendini tanıyaraq qoruma altına aldı.

2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan UNEC bununla da 12-ci ölkə tərəfindən rəsmi tanınmış oldu.

  •  (0)
  •  (0)