Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? – DOSYEbackend

Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? – DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Hokm.az xəbər verir ki, E.Əliyev ötən ilin dekabrında Mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Anar Kərimovun imzaladığı əmrə əsasən, nazirin müşaviri vəzifəsinə təyin edilib və yeni vəzifəyə təyin edilənədək müşavir kimi çalışıb.

O, 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançester Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib.

Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın ticarət nümayəndəsi kimi çalışıb.

  •  (1)
  •  (1)