Yüksək sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.
Hokm.az Milli.Az-a istinadla bildirir ki, idarəetməsi itən avtomobil divara çırpıldıqdan sonra alışmağa başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə avtomobilin qapıları kilidlənib, sərnişinlərin çıxması mümkün olmayıb. Avtomobildəki 5 nəfər yanaraq can veriblər.
Dəhşətli olay Sinqapurda yaşanıb.
















