Yoluxma sayı bilərəkdən artıq göstərilir? – HƏKİM HƏR ŞEYİ AÇIQLADI… / VİDEObackend

Yoluxma sayı bilərəkdən artıq göstərilir? – HƏKİM HƏR ŞEYİ AÇIQLADI… / VİDEO

Ötən həftədən etibarən sosial şəbəkələrdə “Nəfəs alaq” həştəqi ilə açıq havada tibbi maskadan istifadə etməkdən imtina üçün kampaniya başladılıb. 

Onlar ən azından tək olduqları zaman açıq havada maska taxmaya bilərlər.

Tanınmış həkim Aqil Axundov məsələ ilə bağlı maraqlı açıqlama verib. O qeyd edib ki, sosial şəbəkələrdə açıq havada maska taxılmasına etiraz olaraq başladılan müzakirələr çaxnaşma yaratmaqdan başqa bir şey deyil.

“Praktik olaraq biz açıq havada tək olmuruq, xüsusi ilə şəhərin daha çox sıx yerlərində tək olmaq mümkün deyil. Pandemiya başlayan andan etibarən üç məsləhət verilib: ara məsafəsi saxlamaq, tibbi maskadan və gigiyenik vasitələrdən istifadə. Çox guman ki, bu xəstəlik hələ uzun müddət bizimlə olacaq. Buna görə də tibbi maskadan imtina etmək doğru addım olmaz.

İnsanlar elə düşünürlər ki, karantini sərtləşdirmək istədikdə yoluxma sayı süni şəkildə çox göstərilir, amma bu, yalandır. Yoluxanların sayı artdıqca həkimlərin də işi çoxalır”.

  •  (0)
  •  (1)