Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, ölüm olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 129 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 331, bu günə qədər isə ümumilikdə 6 788 729 test icra olunub.