“Yoluxma artsa karantin sərtləşdirilməlidir”backend

“Yoluxma artsa karantin sərtləşdirilməlidir”

Əgər bir həftə ərzində yoluxma yenə də eyni templə artarsa, fikrimcə, karantin sərtləşdirilməlidir.

Hokm.az dominant.az-a istinadla xəbər verir ki, bunu açıqlamasında ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova deyib.

Həkim infeksionist bildirib ki, hazırki epideoloji göstərici region üçün yüksək rəqəmdir:

“Bu bir həftəlik bayram günlərindən sonra yoluxma sayının artıb-artmayacağı barədə daha dəqiq danışmaq olar Çünki bildiyiniz kimi, rayonlara gediş-gəliş və kafe-restoranlar açıqdır. Sutka ərzində yoluxma sayı təxminən 1000 nəfərdir. Bir həftədən sonra da artım belə olarsa, yəqin ki, sərt karantinin tətbiqinə başlanılacaq “.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun tarixinədək uzadılıb. Ölkə ərazisində 20 mart saat 00: 00-dan 29 mart saat 06: 00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

  •  (0)
  •  (0)