Bakıda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edilib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. İctimailəşdirilən video-kadrlardan da aydın olur ki, hər iki sürücü toy karvanında avtoxuliqanlıq etməklə hərəkət iştrakçıları üçün olduqca təhlükəli vəziyyət yaradıblar.
Toy karvanında təhlükəli manevrlər edərək hərəkət iştrakçıları üçün qəza şəraiti yaradırlar.
Kadrlar paytaxtın Binəqədi rayonu ərazisində ”Təhlükəsiz Şəhər” kameraları tərəfindən qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsi avtoxuliqanlıq edən həmin sürücülərin görüntülərini yayıb.
iyunun 7-də Bakı-Quba yolunun 9-cu kilometrliyində, üzü paytaxt istiqamətində hərəkətdə olan toy karvanında iştirak edən 22 yaşlı Mircəlal Miradiyev və 27 yaşlı Elşad Eyvazov idarə etdikləri avtomobillərlə ictimai qaydanı nümayişkaranə şəkildə pozublar. Onlar digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdikləri üçün Ekoloji Nəzarət üzrə postda saxlanıblar.
Yol patrul xidməti bölüyünün əməkdaşları tərəfindən toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Mircəlal Miradiyev və Elşad Eyvazov barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 1 ay müddətə inzibati həbs qərarı çıxarıb. Yol polisi bir daha toy karvanında iştrak edən sürücülərə xəbərdarlıq edib.
Qeyd edək ki, təkcə toy karvanlarında yox, bu cür təhlükəli hərəkətlər adi vaxtlarda edən sürücülər də kameralar vasitəsi ilə aşkar edildikdə onlar barəsində də inzibati qaydada cərimə tətbiq olunur.(xəzərxəbər)