Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQbackend

Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi Dəyişkən hava şəraiti ilə əlaqədar olaraq yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülərə avtomobil idarə edərkən diqqətli olmaqla bağlı çağırış edib.
Bu barədə oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev məlumat verib.

O bildirib ki, ölkə ərazisində avtomobil yollarının buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edilib:
“Milli Hidrometeorologiya Xidməti yanvarın 21-22-də respublika ərazisində çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ilə bağlı məlumat yayıb. Hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülük təcrübəsi az olan şəxslərdən qarlı havada və buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur.
Yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, yolların buz bağlamasını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun tənzimlənməlidirlər. Həmçinin, sürücülərdən zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər etməmələri xahiş olunur”.
DYP rəsmisi onu da bildirib ki, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri həm özlərinin, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yarada bilər:
“Bunları nəzərə alaraq həmin sürücülərin qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur”.
  •  (0)
  •  (0)