Yol polisindən avtobus zolağına girən sürücülərə XƏBƏRDARLIQbackend

Yol polisindən avtobus zolağına girən sürücülərə XƏBƏRDARLIQ

Bir müddət əvvəl Bakı şəhərində yaradılan avtobus zolaqlarının paytaxtdakı tıxacların həllinə alternativ versiya kimi düşünülmüşdü. Lakin bəlli oldu ki, bu zolaqlardan təkcə avtobus sürücüləri istifadə etmir. Məsələ burasındadır ki, bütün bunlar bəzi hallarda yol polisinin gözü qarşısında baş verir.

Mövzu ilə bağlı redaktor.az-ın suallarını cabalnadıran Bakı Şəhərı Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, paytaxtda təxminən 12 küçədə avtobus zolağı var. Bu zolaqlarda əlavə lövhəciklər qoyulub və saatlar göstərilib:

“Avtobus zolaqları ictimai nəqliyyat vasitələrinin sərbəst və rahat hərəkəti üçün nəzərdə tutulub. Əgər saat göstərilirsə, yaxud saatı göstərən əlavə lövhəcik varsa, bu saatlar çərçivəsində zolaqda avtobuslar hərəkət edir. Digər saatlarda isə başqa nəqliyyat vasitələri də zolaqdan istifadə edə bilir”.

V.Əsədov bildirib ki, qeyd olunan saatlarda tələblər pozulursa, kameralar vasitəsilə sürücülər aşkarlanır və inzibati protokol tərtib edilir: “Yol boyu avtobus zolağına girən sürücünü kamera vasitəsilə aşkarlamaq mümkün olduğuna görə polis həmin sürücləri saxlayıb cərimələmir. Sürücülərdən diqqətli olmağı və avtobus sürücülərinə mane olmamağı xahiş edirik. Bu zolaq üzərində hərəkət yalnız avtobuslar üçündür”.

Qeyd edək ki, hər gün Bayraq Meydanı istiqamətindən “Dalğa Plaza”ya qədər avtobus zolaqlarına minik avtomobillərinin daxil olduğu müşahidə olunur. Bu da avtobusların hərəkətini çətinləşdirir, əlavə olaraq yolda sıxlıq yaradır. Maraqlıdır ki, bütün bunlar Əl Oyunları Sarayının qarşısında dayanan yol polislərinin gözü qarşısında baş verir.

V.Əsədov isə məsələ ilə bağlı bildirdi ki, o, bu barədə məlumatlı deyil:

“Bu faktı bilmirəm. Əgər belə bir hal varsa, araşdıma apararıq”.

  •  (0)
  •  (0)