“Rayondan qayıdırdım, polis maşınları biz saxlatdırdı”.
Hokm.az xəbər verir ki, Milli Məclisin deputatı Tahir Kərimli deyib.
O bildirib ki, bir müddət əvvəl onu yol polisi əməkdaşları saxlayıb: “Bu yaxınlarda rayondan qayıdırdım, polis maşınları biz saxlatdırdı,bir nazir yoldan keçməli idi. Mənə qayıdıb deyir ki, kənara çıx. Mənə bu hadisə o qədər pis təsir etdi ki!. Mənim toxunulmazlıq hüququm olduğum halda, sən məni saxlatdırırsan, hesabat tələb edirsən. İnanırsınız qeyr-ixtiyari öz-özümə əsəbləşdim. Mən millət vəkili olsam da, bu cür hallarla qarşılaşanda gərginlik keçirirəm. Hələ adi insanların qayğıları daha çoxdur. Əməkhaqqı, pensiya çatışmazlığı, tibbi xidmətin bahalığı, insanların başqaları tərəfindən təhqir olunması – bu cür hallar o qədər geniş yayılıb”.
Mənbə: modern
















