Yıldırım İmamoğludan bu suala cavab gözləyir – “Niyə gizlədin?”backend

Yıldırım İmamoğludan bu suala cavab gözləyir – “Niyə gizlədin?”

İstanbulun bələdiyyə sədrliyinə CHP-dən namizəd Əkrəm İmamoğlunun AKP namizədi Binəli Yıldırımla ortaq canlı yayımdan əvvəl proqramın moderatoru İsmayıl Küçükkaya ilə görüşməsi söz-söhbətə səbəb olub.

“Qafqazinfo” Milliyet”ə istinadən xəbər verir ki, Yıldırım bərabərlilik hüququnun pozulduğunu əsas gətirərək narazılığını ifadə edib:

“Əkrəm bəyin bütün Türkiyənin gözlədiyi ortaq yayımdan əvvəl otellərin birində İsmayıl bəylə üz-üzə görüşüb-danışması etika baxımdan düzgün deyil. Bunu ictimaiyyətdən gizləmək isə başqa bir fəlakətdir. Madam ki, ikimiz də namizədik İsmayıl Küçükkaya ikimizlə də görüşməli idi. Mənə sadəcə telefon zəngi etdi və verilişlə bağlı uğurlar arzuladıq. Başqa heç nə danışmadıq. Namizədlərdən biri ilə üz-üzə görüşüb bunu digər namizəddən gizləməyin nə demək olduğunu ictimaiyyətin öhdəsinə buraxıram. Rəqibimə – Əkrəm İmamoğluna buradan səslənirəm: Bu görüşü ictimaiyyətdən niyə gizlədiniz?”.

Hokm.az

  •  (0)
  •  (0)