Yevlaxda yük maşını qəza törədib, xəsarət alanlar varbackend

Yevlaxda yük maşını qəza törədib, xəsarət alanlar var

Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.

Hokm.az APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Yevlax şəhərindən keçən hissəsində, yol dairəsində baş verib.

“Shacman” markalı yük maşını VAZ-2115 markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan VAZ-ın iki sərnişini – Göyçay rayon sakinləri, 1968-ci il təvəllüdlü Salahov Habil Taleh oğlu və 1985-ci il təvəllüdlü Ağayev Nicat Azər oğlu Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)