Yevlaxda güclü yanğın – Xəsarət alan varbackend

Yevlaxda güclü yanğın – Xəsarət alan var

Yevlax şəhərində xəsarətlə nəticələnən yanğın hadisəsi olub.

Hokm.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Kövər kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  •  (0)
  •  (2)