Yevlaxda ağır qəza – ÖLƏN VARbackend

Yevlaxda ağır qəza – ÖLƏN VAR

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hokm.az-a verilən xəbərə görə, hadisə martın 2-də rayonun Duzdağ kəndində qeydə alınıb.

Faiq Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Araşdırma aparılır.

  •  (1)
  •  (0)