Yevlaxda AĞIR QƏZA: 2 nəfər öldü, 3 nəfər xəsarət aldıbackend

Yevlaxda AĞIR QƏZA: 2 nəfər öldü, 3 nəfər xəsarət aldı

Yevlax rayonu ərazisində ağır yol nəqliyyat-hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Haval” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində Bərdə rayon sakinləri, Elgiz Səxavət oğlu Quliyev və Rəmzi Ələddin oğlu Hüseynov vəfat edib.

Qəzada Ayşən Rafiq qızı Əhmədli, Şəlalə Əhliman qızı Əhmədli və Əhliman Kamal oğlu Əhmədli xəsarət alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.  “Report”

  •  (0)
  •  (0)