“Yeri gəldi-gəlmədi həyətə, bayıra, küçələrə, parklara axışmamalıyıq” – MİLLƏT VƏKİLİbackend

“Yeri gəldi-gəlmədi həyətə, bayıra, küçələrə, parklara axışmamalıyıq” – MİLLƏT VƏKİLİ

Avqustun 31-də ölkəmizdə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin, eləcə də 13 rayonda mövcud olan xüsusi sərt karantin rejiminin vaxtı bitir. Ötən 6 ay yarım ərzində tətbiq edilən xüsusi karantin rejimi zəruri və qaçılmaz idi. Çünki tətbiq edilməsəydi, biz indi tamam fərqli bir mənzərə üz-üzə idik, çox böyük itkilərlə, fəlakətlərlə qarşı-qarşıya qala bilərdik.

Bunu Milli Məclisin deputatı, professor Jalə Əliyeva bildirib.;

O qeyd edib ki, zamanında atılan addımlarla, qabaqlayıcı tədbirlərlə böyük və faciləli itkilərdən, acılardan kənar qaça bildik.

Millət vəkili bildirib ki, məhz son günlərin də bəzi istisnalarla müsbət dinamikası və tendensiyası bundan xəbər verir:

“Eyni zamanda, bu müsbət dinamika və tendensiya bizə arxayınlaşmağa da əsas vermir və verməməlidir. Çünki hələ də bu bəladan tam qurtula, xilas ola bilməmişik, “çağırılmamış üzlü qonaq” hələ də bizimlə yaşamaqda davam edir. Ani arxayınlaşma növbəti itkilərə, böyük fəlakətlərə gətirib çıxara bilər. Bəzi ölkələrdə də bunun arxayınlaşmadan doğan fəsadlarının, ikinci dalğanın yaşanmasının şahidləriyik. Ona görə də arxayınlaşmamalı, sosial məsafəni gözləməkdə, tibbi maskalar və əlcəklərdən istifadə etməliyik. Yeri gəldi-gəlmədi həyətə, bayıra, küçələrə, parklara axışmamalıyıq, həm özümüzü qorumalıyıq, həm də ətrafımızdakıları”.

Jalə Əliyeva vurğulayıb ki, hər birimiz yenə də TƏBİB-in, Operativ Qərargahın, ölkə Prezidentinin və Birinci xanımın çağırışlarına, tövsiyələrinə əməl etməliyik: “Artıq 4 gündən sonra karantin və bəzi bölgələrdə xüsusi sərt karantin rejiminin müddəti bitir. Yəqin ki, bu gün, ən geci sabah bu məsələ ilə bağlı hökumət, Operativ Qərargah öz qərarını elan edəcək. Artıq mediada və sosial şəbəkələrdə də bu yöndə müzakirələr getməkdə, müxtəlif versiyalar səslənməkdədir”.

Millət vəkili qeyd edib ki, bu virus tam məhv edilməyənə qədər ölkəmizdə ümumi karantin rejimi uzadılmalı və davam etdirilməlidir.

Professor həmçinin müəyyən qaydalara riayət etməklə rayonlara gediş-gəlişin açılmasının, sərbəstləşdirilməsinin də önəmini diqqətə çatdırıb:

“Eyni zamanda, məktəblərlə, təhsil müəssisləri ilə bağlı qərar verilməlidir. Əsas məsələ sağlamlığımız, onun təmin edilməsi, qorunub-saxlanılmasıdır. Amma uzun müddətə də təhsil müəssisələrini bağlamaq olmaz, hansısa formada bu məsələ də öz həllini tapmalıdır. Ancaq bütün hallarda yenə də məsuliyyətli olmalıyıq!”.Teleqraf

  •  (1)
  •  (1)