Yerevanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlərbackend

Yerevanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər

Yerevanda Qarabağ müharibəsində könüllü döyüşə yollanmış bir qrup əsgər Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Hokm.az Trend-ə istinadən bildirir ki, onlar döyüşlərdə iştirak etdikləri üçün təzminatların ödənməsini tələb edirlər.

Etirazçılar müdafiə naziri Vaqarşak Arutyunyanla görüşərək öz tələblərini çatdırmaq istədiklərini bildiriblər.

Onlardan birinin sözlərinə görə, Nazirlik rəsmisi təzminatların dekabrın 30-dək ödəniləcəyini bildirmişdi.

  •  (0)
  •  (0)