14:33
Yeravana əlavə polis qüvvələri cəlb olunur.
Hokm.azTrend-ə istinadən bildirir ki, Yeravanda etirazlar davam edir.Etirazçılar ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirir.
———
13:00
Ermənistanın paytaxtı Yerevanda ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirilib.
Hokm.az Trend-ə istinadən bildirir ki, etiraz aksiyasının qarşısının polis tərəfindən alınıb.
Qeyd olunur ki, aksiya başlamamış polislər 20-yə yaxın şəxsi saxlayıb.
Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri olub.
Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın üçtərəflıi bəyanatı imzalaması ilə əlaqədar etirazlarını davam etdirəcəklərini bildirib.
















