Yer kürəsində güclü maqnit qasırğası BAŞLADIbackend

Yer kürəsində güclü maqnit qasırğası BAŞLADI

Günəşdə baş verən partlayış nəticəsində Yer kürəsində maqnit qasırğası başlayıb.

Hokm.az xəbər verir ki, bu barədə “RIA Novosti” Lebedev Fizika İnstitutunun Günəşin Rentgen Astronomiyası Laboratoriyasına istinadla məlumat yayıb.

Mütəxəssislərin proqnozuna görə, bu, bazar ertəsi, noyabrın 1-i günortaya qədər davam edəcək.

Qeyd edilib ki, fırtına zəifdir, onun səviyyəsi G1 olaraq müəyyən edilib.

Yerin maqnit sahəsinin Günəşin atdığı plazma ilə ilk təması oktyabrın 30-da səhər, Bakı vaxtı ilə təxminən saat 11:00-da baş verib.publika.az

  •  (1)
  •  (1)