Yenidən dünyanın ən varlı adamı oldubackend

Yenidən dünyanın ən varlı adamı oldu

“Amazon” şirkətinin təsisçisi Jeff Bezos “Forbes” jurnalının versiyası üzrə yenidən dünyanın ən varlı adamı ünvanına sahib olub. 
Hokm.az bildirir ki, jurnalın real vaxt rejimində olan göstəricilərinə əsasən Bezosun sərvəti 900 milyon dollar artaraq 185,9 milyard dollara yüksəlib.
O, bu siyahıda fransalı iş adamı Bernard Arnaultu qabaqlayıb. Fransız iş adamının sərvətinin dəyəri 21,6 milyard dollar azalıb.
Hazırda dünyanın ən varlı adamları siyahısında Bezosu 180,5 milyard dollarla Elon Musk, 173,3 milyard dollarla Bernard Arnault, 130 milyard dollarla Bill Qeyts, 128 milyard dollarla Mark Zukerberq izləyir.
Ümumilikdə, 9 zənginin hər birinin sərvətinin dəyəri 100 milyard dolları, 24-nün sərvəti isə 50 milyard dolları ötür.sfera.az
  •  (0)
  •  (0)