Yeni Zelandiyanın Oklend şəhərindəki məktəb və uşaq bağçası ərazisində atəş açılıb.
Bu barədə Yeni Zelandiya polisi rəsmi saytında məlumat verib.
İnsident nəticəsində 1 kişi ölüb. Polis hadisə yerinə gələn zaman güllə yarası alan şəxs artıq keçinibmiş.
Xüsusi xidmət orqanlarının və təcili yardım xidmətinin işi ilə əlaqədar müvəqqəti bağlanan “Flet Buş” məktəb və uşaq bağçası artıq normal rejimdə fəaliyyət göstərir.
Hazırda hadisə zonası qapalıdır. Yeni Zelandiya polisi hadisəni araşdırır və hadisə iştirakçılarını müəyyənləşdirməyə çalışır. (report)
Hokm.az
















