Cənab Prezidentin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq, “Media haqqında” yeni qanun layihəsinin hazırlanması yekunlaşmaq üzrədir.
Hokm.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.
“Hazırda layihənin işçi qrupda müzakirəsi davam etdirilir. Media subyektləri tərəfindən verilmiş rəy və təkliflərin həmin layihədə nəzərdə tutulması prosesi davam etdirilməkdədir. Bu proses qısa bir zamanda yekunlaşandan sonra qanun layihəsinin yekun variantı təqdim olunacaq”, – o bildirib.
















