Yeni il gecəsi yol qəzalarında 317 nəfər ölüb, 3 min 160 nəfər isə yaralanıbbackend

Yeni il gecəsi yol qəzalarında 317 nəfər ölüb, 3 min 160 nəfər isə yaralanıb

Taylandda Yeni il gecəsi yol qəzalarında 317 nəfər ölüb, 3 min 160 nəfər isə yaralanıb.

Hokm.az xəbər verir ki, statistikanı Fəlakətlərin Qarşısının Alınması və Azaldılması Müdirliyi (DDPM) açıqlayıb.

Bildirilir ki, ölkədə baş verən 3 min 76 yol qəzasından 39 faizi alkoqol qəbul edən sürücülər səbəbindən yaranıb. Baş vermiş yol-nəqliyyat hadisələrinin 20 faizə yaxını sürət həddinin aşılması üzündən baş vermiş hadisələrdir ki, onların nəticəsində xeyli insan həlak olub.

Yeni il gecəsi yol qəzalarının 70 faizini motosiklet sürücüləri təşkil edib.

Taylandın Songkhla şəhərində 100 nəfərin xəsarət aldığı və ən yüksək yaralı sayının da məhz bu şəhərin payına düşdüyü bildirilib.Cebhe.info

  •  (0)
  •  (0)