Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDIbackend

Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI

 Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 2 müavinini və köməkçisini vəzifəsindən azad edib.

Hokm.az unikal.org-a istinadən xəbər verir ki, Elmir Bağırovun əmri ilə, Saatlı  rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb.
Onların yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
  •  (4)
  •  (1)