Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov vəzifəsindən azad olunub.
Hokm.az xəbər verir ki, bu barədə oxu.az-a İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, o, vəzifədən öz ərizəsi əsasında gedib.
Xatırladaq ki, R.Novruzov, eyni zamanda, Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.
Qeyd edək ki, sentyabrın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə Vahid Tağıyev Ağsunun icra başçısı təyin olunub.
















