Yeni Baş prokuror bütün köməkçilərini işdən çıxartdı – Üçü məşhur simanın övladıdırbackend

Yeni Baş prokuror bütün köməkçilərini işdən çıxartdı – Üçü məşhur simanın övladıdır

Yeni Baş prokuror bütün köməkçilərini işdən çıxartdı – Üçü məşhur simanın övladıdır…

Hokm.az xəbər verir ki, yeni Baş prokuror Kamran Əliyev 6 köməkçisini – Namiq Əsgərov, Namiq Məmmədov, Toğrul Muxtarov, Fərid Dadaşov, Natiq Eyvazov, Elvin Bəşirli və Elnur Eyvazovu vəzifədən azad edib.

İşdən azad olunan Baş prokuror köməkçiləri daha aşağı vəzifələrə təyin olunublar. Onlardan üçü tanınmış şəxlərin övladlarıdır.
Vəzifəsindən azad olunaraq Beynəlxalq əlaqələr idarəsinə prokuror göndərilən Elnur Eyvazov uzun müddət prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış Əli Eyvazovun oğludur.
Vəzifəsini itirən digər köməkçi Namiq Məmmədov isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğludur. O, indən belə qurumun FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində çalışacaq.
Başqa bir köməkçi Toğrul Muxtarov isə qurumun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini göndərilib. T.Muxtarov Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Novruz Muxtarovun oğludur. Onun qayınatası isə “Embawood” şirkətinin sahiblərindən biridir.
Dünən əmrləri verilən 6 köməkçidən 3-nü sabiq Baş prokuror Zakir Qaralov vəzifədən getməzdən bir neçə gün öncə bu posta təyin etmişdi.

bakupost

  •  (6)
  •  (5)