Yeni avtobuslar xəttə buraxılır: istiqamətlər AÇIQLANDI
Yaxın vaxtlarda Bakı ətraflı qəsəbələrə yeni avtobus xəttləri buraxılacaq.
Hokm.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyasından əvvəl Bakıətrafı qəsəbələrlə bağlı silsilə tədbirlər həyata keçirilirdi:
“Bu məsələ ilə bağlı 115 kiçik tutumlu avtobus sifariş verilib. Pandemiya dövrü yekunlaşdıqdan sonra məsələni həll edəcəyik. Sərnişin sıxlığı sırf avtobus çatışmazlığından deyil, intervalların çox olmasından asılıdır”.