Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı “Tarix” mövzusuna həsr olunan 10 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynını mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq etməklə yeniləyib.
Hokm.az xəbər verir ki, sözügedən əsginasın üzərində Mərkəzi Bankın sabiq sədrinin imzasının olması maraq doğurub.
Məsələ ilə bağlı qurum açıqlamasında bildirib ki, tədavülə buraxılan yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, bu pul nişanlarının üzərində Mərkəzi Bankın sabiq sədrinin imzası əks olunub.
Qeyd edək ki, Elman Rüstəmov 1995-2022-ci illərdə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri olub. Prezident İlham Əliyevin 13 aprel tarixli Sərəncamı ilə Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edilib.“Qafqazinfo”