Yelləncəkdən yıxılan altı yaşlı uşaq reanimasiya yerləşdirildibackend

Yelləncəkdən yıxılan altı yaşlı uşaq reanimasiya yerləşdirildi

Bakıda altı yaşlı uşaq oynayarkən ağır xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən parkların birində 2015-ci il təvəllüdlü N. M oynayarkən yelləncəkdən yıxılıb.

Azyaşlı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.

  •  (0)
  •  (0)