“İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş alırlar. Məktəblərdə təşkil olunacaq “Yay məktəbi” üçün müəllimlərə əlavə ödəniş nəzərdə tutulmur”.
Hokm.az oxu.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, müəyyən rəğbətləndirmə tədbirləri ola bilər:
“Yay məktəbi” 10 günlük nəzərdə tutulub və iyul, avqust aylarında keçirilməyəcək. Yay məktəbini açıq havada, böyük ağacın altında keçirmək yaxşı ideyadır”.
“Məktəbdən kənar yerdə dərsin keçirilməsi müəyyən çətinliklər yarada bilər”, – deyə nazirlik rəsmisi qeyd edib.