Yaşlılar ilin sonuna qədər evdə qalacaq- MÜZAKİRƏ BAŞLADIbackend

Yaşlılar ilin sonuna qədər evdə qalacaq- MÜZAKİRƏ BAŞLADI

Yaşlılar ilin sonuna qədər evdə qalacaq- MÜZAKİRƏ BAŞLADI…

Koronavirusa görə məhdudiyyətlərin tətbiq edildiyi ölkələrdə xüsusilə 65 yaşdan yuxarı olanlar diqqət mərkəzindədir.

İndi isə Avropa Birliyi ölkələrində yaşlıların ilin sonuna qədər təcrid şəraitində yaşaması ilə bağlı müzakirələr başlayıb.

Hokm.az Cebhe.info-ya istinadla xəbər verir ki, əgər koronavirusa görə peyvənd tapılmasa, o zaman Avropa ölkələrində yaşlılar ilin sonuna qədər təcrid şəraitində yaşayacaqlar. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, yaşlıların təmasını minimuma endirmək lazımdır: “Təcrid insanları bezdirir. Amma bu, həyatla ölüm məsələsidir. Dözümlü olmalıyıq”.

Hələlik təcridin hanıs yaş qrupuna aid ediləcəyi tam dəqiqləşdirilməsə də, 65-dən yuxarı olacağı gözlənilir.
Fon der Lyayenin özünün 61 yaşı var.

  •  (0)
  •  (0)