Yaşar Babayev vəfat etdibackend

Yaşar Babayev vəfat etdi

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib.

Hokm.az bildirir ki, report-un məlumatına görə, o, 80 yaşında vəfat edib.

Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə “ağ-qaralar”ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.

Keçmiş müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.

Babayev 1963 – 1971-ci illərdə flaqmanın formasını geyinib.

  •  (0)
  •  (0)