Yasamalda saxlanılan şəxslərlə bağlı qərar verildibackend

Yasamalda saxlanılan şəxslərlə bağlı qərar verildi

Yasamalda saxlanılan şəxslərlə bağlı qərar verildi

Yasamal rayonunda polislərin üzərinə zibil atmaqda şübhəli bilinərək saxlanılan şəxslər barədə məhkəmə qərarı verilib.

Hokm.az xəbər verir ki, saxlanılan 11 nəfərin hər biri inzibati məsuliyyətə cəlb olunub. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirləndirilib.

Yasamal rayon məhkəməsinin qərarı ilə onlar barəsində 10, 15 və 30 sutka müddətinə inzibati həbs cəzası seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

Buna baxmayaraq, polis əməkdaşları karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb.

Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına aparılıblar.

  •  (1)
  •  (0)