Yasamalda polislə vətəndaş arasında qarşıdurma — Pəncərələrdən polislərə zibil atdılar – VİDEObackend

Yasamalda polislə vətəndaş arasında qarşıdurma — Pəncərələrdən polislərə zibil atdılar – VİDEO

Bakıda vətəndaş polislərə müqavimət göstərib.

“Hokm.Az” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Hələlik məlum olmayan bir səbəbdən polis bir nəfəri saxlayaraq bölməyə aparmaq istəyib. Lakin, o polislərə müqavimət göstərdiyi üçün qarşıdurma yaranıb. Bina sakinləri də həmin şəxsə dəstək verərək pəncərələrdən polislərə müxtəlif əşyalar atıblar.

Çətinliklə də olsa zərərsizləşdirilən şəxs bölməyə aparılıb.

Saxlanılan şəxsin hansı qanun pozuntusuna yol verdiyi hələlik bilinmir.

 

  •  (1)
  •  (1)