Yasamalda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sındıbackend

Yasamalda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sındı

Bakıda super marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sınıb.

Hokm.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Rayon ərazisində fəaliyyət göstərən marketlərin birində 2016-cı il təvəllüdlü Zakirov Rinad Fərhad oğlunun ayağı eskalatorun hərəkətdə olan hissəsinə ilişərək xəsarət alıb.

Azyaşlı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

  •  (0)
  •  (0)