Yasamalda ağır yol qəzaları – ÖLƏNLƏR VARbackend

Yasamalda ağır yol qəzaları – ÖLƏNLƏR VAR

Bakıda ağır yol qəzası baş verib.

Hokm.az xəbər verir ki, dekabrın 22-də saat 9 radələrində Yasamal rayonu Kənar dairəvi yolda Bakı şəhər sakini Babaşxan Baxışov idarə etdiyi “Nissan” markalı avtomobili qarşıda gedən Ağsu rayon sakini Lətif Səfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə vurub.

Nəticədə B.Baxışov hadisə yerində ölüb, L.Səfərov xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa dünən eyni saatda Yasamal rayonu 2-ci Alatava yaşayış sahəsində Bakı şəhər sakini Əmirağa Babaliyev idarə etdiyi “Tofaş” markalı avtomobili beton yol ayrıcına vurub.

Nəticədə hadisə yerində ölüb. Yasamal RPİ-də araşdırma aparılır.

  •  (0)
  •  (1)