Yasamal rayon İcra Hakimiyyətinin başçısı aztəminatlı ailələri ziyarət edibbackend

Yasamal rayon İcra Hakimiyyətinin başçısı aztəminatlı ailələri ziyarət edib

Koronavirus pandemiyası şəraitində insanlara dəstək olmaq məqdəsilə bu gün Yasamal rayonunda növbəti sosial yardım aksiyası keçirilib. Aksiyada Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iştirak edib. Missiya.az portalı ilə birgə keçirilən aksiya zamanı Yasamal rayonun yaşlı və aztəminatlı ailələrini ziyarət edən Elşad Həsənov onların qayğıları ilə maraqlanıb və ayrılmış ərzaq sovqatlarını çatdırıb. Yasamal rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, sosial yardımın edilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığıdır və hazırda bu tapşırıq yerlərdə çevik şəkildə icra olunur.

Elşad Həsənov Böyük Vətən Müharibəsi veteranı, şəhid ailəsi və əhalinin qayğıya ehtiyacı olan digər şəxslərlə görüşdə ətraflı şəkildə onları dinlədi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı karantin dövründə görülən tədbirlər, onların əhəmiyyəti və dövlətin sosial siyasəti barədə məlumat verdi.Elşad Həsənov karantin rejimində yaşlı insanların özünütəcridinin vacibliyini qeyd edərək vətəndaşlarla maarifləndirici söhbətlər etdi.
Öz növbəsində Yasama sakinləri dövlətin göstərdiyi qayğıya görə Azərbaycan Prezidenti və Birinci vitse-prezidentə böyük təşəkkürünü bildirdilər.
Yasamal rayonunda yardım kampaniyası davam edir və artıq minlərlə ailə sosial yardımdan faydalanıb. Yasamal rayon İcra hakimiyyətinin təşəbbüsü ilə bu kampaniyaya sahibkarlar və ictimai qurumlar da cəlb edilib.

  •  (1)
  •  (0)