Yasamal İcra Hakimiyyəti sözünü tutmadı:DANIŞIQLARA BULDOZERLƏ GƏLİBLƏRbackend

Yasamal İcra Hakimiyyəti sözünü tutmadı:DANIŞIQLARA BULDOZERLƏ GƏLİBLƏR

Artıq bir neçə gündür Yasamal rayonu ərazisində yerləşən və əhali tərəfindən “Sovetski” kimi tanınan məhəllədə 24 ailə ciddi problemlə üzləşib. JAMAZ.İNFO xəbər verir ki, həmin vaxt hadisə yerinə gedən tanınmış vəkil, 17 saylı 3-cü Yasamal Seçki Dairəsindən deputatlığa namizəd Cavad Cavadov məsələni ictimailəşdirməyə nail olmuşdu.

İşqıları kəsilən, təbii qazları verilməyən sakinlərin su problemləri də mütəmadi yaşanır. Yasamal rayon İcra Hakimiyyətinin tələbi budur ki, sakinlər evlərini boşaltmalıdır və onların evləri buldozerlə uçurulacaq. Lakin Cavad Cavadov deyir ki, ortada heç bir qanuni əsas yoxdur. “Nə məhkəmə qərarı var, nə də İcra Hakimiyyəti ilə əhali arasında yazılı anlaşma. Bunlar yoxkən, onların evlərinin sökülməsi qanunsuzluqdur”.

Dünən İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, bu gün gəlib əhali ilə danışacaqlar. Lakin məlum olub ki, danışığa gələn tərəf buldozerlə gəlibmiş. Tanınmış vəkil Cavad Cavadov bununla bağlı bildirib ki, “Sovetski”də dünənki hadisələr davam edir. “İndicə mənə Sovetski ərazisinin sakini Qafur zəng vurmuşdu. Bildirdi ki, əraziyə buldozerlər gətirilib. 24 ailənin evini sökməyə hazirlaşırlar. Evlərin boşaldılması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı yoxdur. Dünən icra hakimiyyətinin müavini söz verdi ki, gələcəyik söhbətə etməyə. Hal hazirda söküntü işlərinə başlayiblar. Söhbətləri budur. Jurnalistlərdən ricam, gedin həmin əraziyə. Gedirəm yenə sakinlərin yanına”.

 

 

 

_______________________________________________

Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/

 

  •  (0)
  •  (0)