Yas mərasimlərinin ləğv olunması TƏKLİF EDİLDİ- Adət DƏFNLƏ BAŞA ÇATSINbackend

Yas mərasimlərinin ləğv olunması TƏKLİF EDİLDİ- Adət DƏFNLƏ BAŞA ÇATSIN

Məlumdur ki, ölkəmizdə yas və toy mərasimlərinə mövcud epidemioloji şəraitə uyğun olaraq məhdudiyyətlə var. Toyların keçirilməsi ilə bağlı bəzi yumşalmaların olacağı bildirilsə da, yas adətlərinnin necə keçiriləcəyi ilə bağlı məlumatlar hələ ki yoxdur.

Maraqlıdır, pandemiyada yas mərasimlərinin yumşaldılması olarsa hansı güzəştlər tətbiq edilə bilər?

Bununla bağlı Sonxeber.az-a deputat Azər Badamov danışıb:

“Koronavirusa qarşı mübarizə qlobal pandemiya elan olunan ilk gündən qarşımızda duran bir nömrəli problem olaraq dövlət bütün imkanlarını bu mübarizəyə səfərbər edib. Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah ölkədə gündəlik COVİD-19-a yoluxma dinamikasını təhlil edərək çox ciddi qərarlar qəbul etdi, ölkədə məhdudiyyətlər tətbiq olundu.

O cümlədən toy və yas mərasimlərin keçirilməsi qadağan olundu. Məhz dövlətin vaxtında qəbul etdiyi qərarlar, tətbiq olunmuş məhdudiyyətlər, qərarların icrasına ciddi nəzarət və insanların bu işə məsuliyyətlə yanaşması uğurlu nəticələrin əldə olunmasına imkan verdi.

Bu gün isə çoxlu məhdudiyyətlər ləğv edilmiş və qüvvədə qalan məhdudiyyətlərin də yumşaldılması ətrafında danışılmaqdadır. O cümlədən, mətbuatda ən çox müzakirələr toy və yas mərasimlərinə tətbiq olunmuş qadağaların yumşaldılması ilə bağlıdır”.

Deputat qeyd edib ki, ümumiyyətlə yas mərasimləri ləğv olunsa yaxşı olar:

“Qeyd etmək istəyirəm ki, bütün qadağalar və yumşalmalarla bağlı qərarları Operativ Qərargah verir. Amma deputat və həm də bir vətəndaş kimi subyektiv fikrim ondan ibarətdir ki, koronavirus pandemiyasının bu gün ölkədəki vəziyyətinə uyğun toyların keçirilməsində müəyyən məhdud dairədə yumşalmalar həyata keçirilə bilər, amma yas mərasimlərin keçirilməsini isə hətta postpandemiya dövründədə belə bir adət olaraq ləğv olunsa düzgün hesab edirəm.

Çünki, dəfnindən sonra günlərlə təmtəraqlı yas mərasimlərin keçirilməsinin torpağın altında əbədi yatan insana heç bir aidiyyatı yoxdur. İnsan öldü, dəfn olundu, baş sağlığı verildi və onunla da mərasim bitməlidir. Kimlərin vaxta imkanı varsa və dəfn mərasimdə iştirak etmək, rəhmətə gedənin sahibinin yanında olmaq, ona səbir diləmək istəyi varsa dəfn mərasimdə iştirak edib bildirməlidir.

Kimlərin isə dəfn günündə buna imkanı çatmır və başsağlığını vermək istəyirsə bunu telefonla zəng edib və ya qəzetdə başsağlığı verməklə kifayətlənməlidir. Yoxsa, qonşudan geridə qalmayaq təfəkkürü ilə imkanı oldu – olmadı günlərlə yas məclislərin təşkil edilməsinə nə ehtiyac var. Bu, imkanı olanlar üçün də bir fiziki yük hesab edirəm. İmkanı olanlar günlərlə yas məclisini keçirməklə adətdir deyə bütün işlərini buraxıb mərasimin keçirilməsi ilə məşğul olur, maddi imkanı olmayanlar isə qonşusunu görüb borca-xərcə düşüb məclis keçirir və sonra aylarla borcun altından çıxa bilmir.

Əgər yas mərasimlərin keçirilməsi insanlar arasında bir adət kimi ləğv olunarsa hamı biləcək ki, belə qayda yoxdur və bir-birini görüb bəhsə girməz. Düşünürəm ki, bu, koronavirus pandemiyasının bizə qazandırdığı ən müsbət təcrübə oldu. Bu günə qədər nəsildən-nəsilə ötürülən çoxlu adət-ənənələr var ki, təkmilləşməyə getmişdir. Hesab edirəm ki, dəfn və yas mərasimləri də təkmilləşməli, yas mərasimləri adət şəkilində insanların özləri ləğv etməli, insanların rahatalığına xidmət edən formada dəfn mərasimi ilə məclis başa çatmalıdır”.

  •  (8)
  •  (5)