Vətən Müharibəsində yaralanan qazimiz Rüstəm Məmmədovun xalqın dəstəyinə ehtiyacı var.
Hokm.az Sfera.az-a istinadən xəbər verir ki, Göyçayda yaşayan əsgər Rüstəm Məmmədov torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Əsgərimizin qəlpə yarasından sol gözü və sol qulağı tutulub. Ayağı isə 3 tərəfdən sınıb. Bədənində yaralar var. Ciddi xəsarətlər almasına baxmayaraq evdə müalicə alır. Lakin ailə imkansız olduğu üçün xərcləri qarşılaya bilmir. Hətta yaralı qazimizin sarğılarını kiçik bacısı dəyişir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailə görüşsə də hələ ki, ona yardım göstərilmir. Yaralı əsgərin isə nə səhhəti yaxşıdır, nə də bu ağrılara dözə biləcək yaxşı qidalanan canı…
Bu baxımdan çətin zamanlarda həmişə birlik göstərən, yardımsevər xalqımızın yaralı əsgərə köməklik göstərməsini istərdik.
Bizim üçün döyüş meydanında canını qoyan əsgərin vəziyyətinin ağırlaşmasına imkan verməyək!
















