Yaprak dökümü”nün aktyoru 25 il əvvəl… – FOTObackend

Yaprak dökümü”nün aktyoru 25 il əvvəl… – FOTO

Bir zamanların reytinqli layihələrindən olan “Yaprak dökümü” serialının aktyoru Tolqa Karelin arxiv fotosu yayılıb.

Hokm.az axşam.az-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkə hesabında “17 yaşında olarkən… Zaman necə də sürətlə keçir” sözlərini yazaraq illər əvvəl çəkilən fotosunu yayımlayıb.

Tolqanın bu paylaşımı sosial media istifadəçiləri tərəfindən çox bəyənilib. Onlar Karelin fotosuna “İllər keçsə də baxışları dəyişməz olaraq qalıb” kimi şərhlər yazıblar.

Xatırladaq ki, aktyor 2006-2010-cu illərdə çəkilən “Yaprak dökümü” serialındakı Oğuz rolu ilə məşhurluğun zirvəsinə yüksəlib. Ekran işinə çəkildikdən sonra heç bir layihədə rol almayan Karel, Amerikaya köçərək orada yaşamağa başlayıb.

  •  (0)
  •  (0)