Yaponlar “Pfizer” peyvəndində rezin qırıntısı TAPDILARbackend

Yaponlar “Pfizer” peyvəndində rezin qırıntısı TAPDILAR

Yaponiyanın Okinava prefekturasının həkimləri “Pfizer” koronavirus peyvəndində yad maddələr aşkar ediblər.

Hokm.az xəbər verir ki, bu barədə TASS yazıb. Nəşr yazır ki, bunu Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato bildirib. Onun sözlərinə görə, yüksək ehtimalla bu dərman, ampulanın qapağındakı rezin qalıqlarının şprislə düzgün olmayan davranışdan yarana bilər. Şirkət, bənzər hadisələrin “Moderna”nın istehsal etdiyi peyvəndlə baş verdiyini də bildirib. Həmin hadisədən sonra, Yaponiyada “Moderna” peyvəndindən sonra iki nəfər ölüb. Belə ki, 30-38 yaşlı şəxslər ölümündən bir neçə gün əvvəl, koronavirusa qarşı ikinci doza peyvənd alıblar. Baş verənlərdən sonra, ölkənin beş prefekturasındakı səkkiz peyvənd mərkəzindən keyfiyyət hesabatları alınıb. Bu hesabat təxminən 1.63 milyon dozanın istifadəsinin dayandırılması barəsində olub.Metbuat.az

  •  (0)
  •  (0)