Yaponiyadan ABŞ-a TƏLƏB: Dərhal dəyişdirin!backend

Yaponiyadan ABŞ-a TƏLƏB: Dərhal dəyişdirin!

Yaponiya ötən gün Şimali Koreyanın iki ballistik raket atdığı bölgəni “Şərq dənizi” olaraq adlandıran ABŞ-dan bunun əvəzinə “Yapon dənizi” ifadəsini istifadə etməsini tələb edib.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibinin müavini Sakai Manabu təşkil etdiyi mətbuat konfransında danışıb.

O, ABŞ-ın Hindistan-Sakit Okean Komandanlığının raketlərin atılması ilə bağlı açıqlamasındakı “Şərq dənizi” ifadəsininin uyğun olmadığını və bununla bağlı tələblərini dərhal yerinə yetirmələri üçün rəsmi Vaşinqtona müraciət etdiklərini bildirib.

“Ölkəmizin bu mövzuda tutduğu mövqe budur ki, “Yapon dənizi” adı yeganə və beynəlxalq səviyyədə tanınan addır”, – Sakai Manabu əlavə edib.

  •  (0)
  •  (0)